Valideynlərdən sinif yoldaşını bıçaqlayan qıza etiraz

saytların hazırlanması

Evə çatdırılma

Valideynlərdən sinif yoldaşını bıçaqlayan qıza etiraz

Kriminal

21 Aprel 2022 12:33 485


Gəncə şəhərində sinif yoldaşına bıçaqla xəsarət yetirən qızın yenidən məktəbə gəlməsi valideynlərin narazılığına səbəb olub. Hazırda valideynlər məktəbə gələrək şagirdin məktəbi tərk etməsini istəyirlər.

Yenisabah.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov Bakupost.az -a bildirib ki, hadisə ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə cinayət işi başlanıb:

“Həmin məktəbli cinayəti törətməkdə şübhəli şəxs kimi tanınıb. Daha sonra şübhəli şəxs yetkinlik yaşına çatmadığına görə barəsində “Yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilib və ailəsinə iltizam əsasında təhvil verilib. Hazırda müvafiq araşdırmalar davam etdirilir”. Toyuqlu pizza

Qeyd edək ki, hadisə iki gün öncə 8 saylı orta məktəbdə baş verib. Tənəffüs fasiləsində 9-cu sinif şagirdi qız özü ilə gətirdiyi bıçaqla sinif yoldaşını boğaz və kürəyindən bıçaqlayaraq qaçıb.
 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!