Valideynləri boşanıb, məktəbə getmirmiş -Beyləqandakı tükürpədici hadisənin   TƏFƏRRÜATLARI

saytların hazırlanması

Evə çatdırılma

Valideynləri boşanıb, məktəbə getmirmiş -Beyləqandakı tükürpədici hadisənin TƏFƏRRÜATLARI

Hadisə

12 Yanvar 2026 14:47 808


Beyləqan rayonunda 5 nəfərin 15 yaşlı qıza qarşı seksual xarakterli hərəkətlər etməsi hadisəsinin təfərrüatları məlub olub.

“Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, həmin yeniyetmə natamam ailənin övladıdır.

Belə ki, onun valideynləri boşanıblar. Uşaq anasının himayəsində olub. Tərəflərin ayrılmasından sonra yeniyetmə valideyn nəzarətindən kənarda qalıb. Pepperoni pizza

Bildirilib ki, həmin yeniyetmənin adı məktəbdə getsə də dərslərdə iştirak etməyib, davamiyyəti pis olub və təhsildən yayınıb. Hadisə də məktəbdən kənar ərazidə baş verib.

Qeyd edək ki, Beyləqan rayonunda 15 yaşlı yeniyetməyə qarşı seksual xarakterli hərəkətlər edilməsilə bağlı polisə məlumat daxil olub. İş üzrə 5 nəfər şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Sözügedən hadisə barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirilib ki, yetkinlik yaşına çatmayanın ailəsi eləcə də, yeniyetmənin vəziyyəti qiymətləndirilib. Hazırda yetkinlik yaşına çatmayanın hüquqlarının müdafiəsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!