Vardanyan Annaya hər il yarım milyon dollar vəd etdi

saytların hazırlanması

Evə çatdırılma

Vardanyan Annaya hər il yarım milyon dollar vəd etdi

Dünya

08 Oktyabr 2021 16:24 5335


Ermənistanda siyasi konflikt yaranır: Ermənistanın keçmiş müdafiə naziri Vaqarşak Arutyunyanın Ermənistanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə namizədliyi Rusiya tərəfindən təsdiqlənməyib.

“news.am” agentliyinin yaydığı xəbərə görə, hazırda ölkə hökuməti Moskva vilayətinin erməni icmasının rəhbəri Artyom Vardanyanın namizədliyini ciddi şəkildə müzakirə edir. Qeyd olunur ki, Vardanyana baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan himayəçilik edir. Bir neçə ay əvvəl Anna Akopyan şəkil paylaşıb və yazıb ki, erməni icmasının rəhbəri ilə görüş keçirib.

Bundan sonra mətbuatda Vardanyanın Anna Akopyandan onu səfir təyin etməsini xahiş etdiyi və müqabilində Akopyanın fondlarına hər il 500 min dollar verəcəyi haqda məlumatlar yayılmağa başlayıb. Vardanyanın özü Ermənistan rəhbərliyinin belə bir qərar verəcəyi təqdirdə dövlətə xidmət etməyə hazır olduğunu bildirib. pizza sifarişi

Qeyd olunur ki, bu təyinatla Ermənistan hakimiyyəti ilk növbədə Rusiyadakı erməni iş adamlarının “qəlbini fəth etməyə” çalışır./virtualaz/


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!