VAZ-2107 aeroport yolunda xuliqanlıq edib yolu bağladı   - Jurnalistə hücüm çəkib təhqir etdi

saytların hazırlanması

Evə çatdırılma

VAZ-2107 aeroport yolunda xuliqanlıq edib yolu bağladı - Jurnalistə hücüm çəkib təhqir etdi

Hadisə

21 İyul 2021 22:22 1717


Bu gün axşam saatlarında VAZ-2107 markalı avtomobilinin sürücüsü “Aeroport” yolunda avtoxuliqanlıq edib.

Yenisabah.az xəbər verir ki, 90-KD-119 dövlət qeydiyyat nişanlı VAZ-2107 markalı avtomobilin sürücüsü adıçəkilən yolda naməlum səbəbdən idarə etdiyi maşını yolun ortasında saxlayaraq hərəkəti tam məhdudlaşdırıb. Nəticədə prosoektdə böyük tıxac yaranıb, yolda qalan insanlar isə narazılıq edib.

Hadisə yerində olan Manset.az-ın əməkdaşı məlum hadisəni lentə almaq istəyərkən həmin xuliqanlıq etmiş sürücü saytın əməkdaşına hücum edib, onun mobil telefonunu sındırıb və nalayiq sözlərlə təhqir edib. Marqarita pizza

Məsələ ilə bağlı polis orqanlarına müraciət edilib. Hazırda qanunazidd əməllər törədən sürücü  axtarılır./Manşet.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!