Vəfat edən şəxsin pensiya kapitalı bu şəxsə verilir – Mühüm qayda açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Vəfat edən şəxsin pensiya kapitalı bu şəxsə verilir – Mühüm qayda açıqlandı

Sosial

30 İyun 2026 15:28 8787


Azərbaycanda uzun illər işləyərək fərdi hesabında pensiya kapitalı toplayan şəxsin vəfat etməsindən sonra həmin vəsaitin taleyi tez-tez müzakirə olunan məsələlərdən biridir.

“Yeni Sabah” Baku.ws-ə istinadla xəbər verir ki, bu kapital bütün hallarda vərəsələrə nağd şəkildə ödənilmir.

"Əmək pensiyaları haqqında" Qanuna əsasən, vəfat etmiş şəxsin topladığı pensiya kapitalı ailə başçısını itirməyə görə əmək pensiyası hüququ qazanan ailə üzvlərinin pensiyasının hesablanması zamanı nəzərə alınır. Yəni bu vəsait birbaşa bölüşdürülərək vərəsələrə verilmir, onların alacağı pensiyanın məbləğinin artmasına təsir edir. Marqarita pizza

Qanunvericiliyə əsasən, ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququna, o cümlədən, 18 yaşınadək uşaqlar, əyani təhsil alan övladlar 23 yaşınadək, eləcə də müəyyən hallarda həyat yoldaşı, valideynlər və digər ailə üzvləri malik ola bilərlər.

Ailə üzvləri əvvəlcə notariat qaydasında vərəsəlik hüququnu rəsmiləşdirməli, daha sonra isə qanunvericilikdə nəzərdə tutulan hallarda Dövlət Sosial Müdafiə Fonduna müraciət etməlidirlər.

Bundan başqa, əmək pensiyaçısı vəfat etdikdə onun ailəsinə dəfn xərclərinin qarşılanması məqsədilə birdəfəlik müavinət də ödənilir. Bu müavinətin məbləği vəfat tarixinə qüvvədə olan əmək pensiyasının minimum məbləğinin üç misli həcmində müəyyən edilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!