Almaniya futbolçularının penalti vurmaqdan qorxduqları məlum oldu

saytların hazırlanması

Evə çatdırılma

Almaniya futbolçularının penalti vurmaqdan qorxduqları məlum oldu

İdman

30 İyun 2026 21:33 84


Almaniya millisinin futbolçuları DÇ-2026-da Paraqvaya qarşı keçirilən oyunun penaltilər seriyasında həlledici zərbəni yerinə yetirmək məsuliyyətini üzərlərinə götürmək istəməyiblər.

"Yeni Sabah" xəbər verir ki, penaltilər seriyasında Almaniya millisinin sonuncu zərbəsini müdafiəçi Jonatan Ta yerinə yetirib. Buna səbəb komanda daxilində bu məsuliyyəti üzərinə götürmək istəyən futbolçunun tapılmaması olub.

Məlumata görə, məsuliyyəti ilk olaraq Jonatan Ta öz üzərinə götürüb və bu, onun peşəkar karyerasında vurduğu ilk penalti olub. Digər futbolçular isə tərəddüd edərək topa yaxınlaşmağa cəsarət etməyiblər. Dördpendirli pizza

Penaltilər seriyasında hələ zərbə yerinə yetirməyən futbolçular arasında Leon Qoretska, Valdemar Anton, Nataniel Braun, Malik Tşau və qapıçı Manuel Noyer də var idi. Lakin Jonatan Ta həlledici penaltini qola çevirə bilməyib.

Nəticədə penaltilər seriyası Paraqvay millisinin 4:3 hesablı qələbəsi ilə başa çatıb./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!