Avropa çempionatı: Azərbaycanın cüdo millisi medallarının sayını yeddiyə çatdırdı

saytların hazırlanması

Evə çatdırılma

Avropa çempionatı: Azərbaycanın cüdo millisi medallarının sayını yeddiyə çatdırdı

İdman

30 İyun 2026 22:11 84


İspaniyanın Las-Palmas-de-Qran-Kanariya şəhərində keçirilən cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatının ikinci yarış günündə Azərbaycan millisi aktivindəki medalların sayını yeddiyə çatdırıb.

"Yeni Sabah" xəbər verir ki, Sadiq Məmmədov (-73 kq) finala qədər uğurla irəliləyib. Cüdoçumuz həlledici görüşdə Bolqarıstan təmsilçisi İvan Nikolçevə məğlub olaraq Avropa çempionatının gümüş medalına layiq görülüb.

İlkin Qarayev (-66 kq) isə üçüncü yer uğrunda qarşılaşmada çexiyalı Hinek Şvetsə qalib gələrək, bürünc medal qazanıb. pizza hut

Xatırladaq ki, yarışın ilk günündə millimizin heyətində Zəhra Quliyeva (-40 kq), Nihad Ağayev (-50 kq) qızıl, Fərid Rzazadə (-50 kq) gümüş, İbrahim Talıbov (-55 kq) və Könül Eyvazlı (-48 kq) isə bürünc medala yiyələniblər.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!