UEFA “Fənərbaxça”nı 7 milyon avro cərimələdi

saytların hazırlanması

Evə çatdırılma

UEFA “Fənərbaxça”nı 7 milyon avro cərimələdi

İdman

30 İyun 2026 21:46 90


UEFA “Fənərbaxça” klubunu maliyyə qaydalarını pozduğuna görə cərimələyib.

"Yeni Sabah" xəbər verir ki, İstanbul təmsilçisinə 7 milyon avro məbləğində pul cəzası kəsilib.

Buna səbəb klubun 2025-ci il üzrə heyət xərclərinin UEFA-nın müəyyən etdiyi həddi aşması olub. pizza hut

Bildirilir ki, “Fənərbaxça” heyət xərcləri nisbətini 70 faizdən yuxarı göstərərək UEFA-nın heyət xərcləri qaydasını pozub.

Qeyd edək ki, UEFA-nın maliyyə davamlılığı qaydalarına əsasən, klubların heyət xərclərinin gəlirlərə nisbəti müəyyən olunmuş həddi keçməməlidir.

2025-ci il üçün bu limit 70 faiz təşkil edir./Apasport.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!