ABŞ Ali Məhkəməsi Prezident Donald Trampın doğum hüququ əsasında vətəndaşlığın məhdudlaşdırılmasını nəzərdə tutan fərmanını etibarsız sayıb.
"Yeni Sabah" xəbər verir ki, məhkəmənin qərarına əsasən, altı hakimdən beşi bu hüququn ABŞ Konstitusiyası ilə təmin olunduğunu bildirib.
Bir hakim isə Konstitusiyanın bu şəkildə şərhini bölüşmədiyini qeyd etsə də, fərmanın federal qanunvericiliyə zidd olduğu qənaətinə gəlib. pizza hut
Sənəd 2025-ci il yanvarın 20-də imzalanmışdı və ABŞ-də qanunsuz yaşayan ailələrdə doğulan uşaqlara, eləcə də anası müvəqqəti viza ilə ölkədə olan, atası isə ABŞ vətəndaşı və ya daimi yaşayış icazəsi sahibi olmayan uşaqlara vətəndaşlıq verilməməsini nəzərdə tuturdu./APA
Telegram kanalımız