Vəkil polis bölməsində niyə döyülüb?

saytların hazırlanması

Evə çatdırılma

Vəkil polis bölməsində niyə döyülüb?

Kriminal

01 İyun 2019 13:25 1718


Vəkillər Kollegiyasının üzvü Orxan Kəngərlinin Binəqədi rayon Polis İdarəsinin 4-cü polis bölməsində təzyiqə məruz qalması barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Bu məsələyə bəzi vəkillər də münasibət bildirərək, hadisəni pisləyiblər. Vəkillər Kollegiyasının sədri Anar Bağırov da sosial şəbəkədə hadisə ilə bağlı status paylaşıb: " İstənilən vəkilə qarşı təcavüzü şəxsən özümə qarşı təcavüz kimi qiymətləndirirəm! Məsələ tam araşdırılmalı və təqsirkar şəxslər qanunda nəzərdə tutulan ən ciddi cəzaya məruz qalmalıdırlar. Bunun üçün bütün zəruri tədbirlər tərəfimizdən görülür və görüləcək!"

Daxili İşlər Nazirliyi də Vəkillər Kollegiyasının üzvü Orxan Kərgərlinin Binəqədi rayonu 4-cü polis bölməsində döyülməsi haqqında iddialara münasibət bildirib. Dördpendirli pizza

“Yeni Sabah” xəbər verir ki, Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə ONA-ya bildirib ki, vəkilin şöbədə döyülməsi ilə bağlı yayılan iddialar əsassızdır, qərəzlidir və özünü müdafiə xarakteri daşıyır: "Məsələyə səbəb budur ki, Binəqədi qəsəbə sakini olan qadın mənzilindən oğurluq olması ilə bağlı Binəqədi rayon Polis İdarəsinin 4-cü polis bölməsinə müraciət edib. Bölmə əməkdaşlarının isti-izlərlə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmin qadının qohumu olan bir şəxs şübhəli şəxs qismində saxlanılıb. Bununla bağlı Binəqədi rayon Polis İdarəsinin istintaq şöbəsində cinayət işi başlanılıb. Saxlanılan şəxs oğurluq əməli törətdiyini etiraf edib. Oğurladığı pulun bir qismini maddi sübut kimi istintaqa təhvil verib.

Həmin gün oğurluq törətməkdə şübhəli bilinən şəxsin tanışı olan, özünü və müvafiq orderi təqdim etməyən vəkil araşdırmanın gedişatına, nəticələrinə əsassız və qanunsuz olaraq müdaxilə etməyə cəhd edib. Bu zaman qanuni xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədib, onları təhqir edib və bölmənin normal iş rejimini pozub”.

Rəis müavini deyib ki, bölmədə vəkilin qanunsuz əməlləri nəzərinə çatdırılıb: " Araşdırma zaman onun vəkil Orxan Kəngərli olduğu məlum olub. Onun hərəkətlərinin yolverilməz olduğu özünə bildirilib. Əməli ilə bağlı hadisə İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə sənədləşdirilib. Barəsində həmin maddəyə uyğun inzibati protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib”.

O.Mansurzadə qeyd edib ki, vəkil törətdiyi hüquqazidd əməllərini ört-basdır etmək və özünü sığortalamaq üçün bu cür qərəzli məlumatlar yayıb: "Məsələylə bağlı Orxan Kəngərli rayon prokurorluğuna müraciət edib”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!