Vətən müharibəsi iştirakçısı Ukraynada itkin düşdü

saytların hazırlanması

Evə çatdırılma

Vətən müharibəsi iştirakçısı Ukraynada itkin düşdü

Hadisə

18 Dekabr 2025 18:56 749


Azərbaycan ordusunda 20 ildən çox xidmət etmiş, Vətən müharibəsi iştirakçısı, ehtiyyatda olan Baş gizir Ruşanov Famil Namaz oğlu Ukraynada gedən müharibədə itkin düşüb.

"Yeni Sabah" xəbər verir ki, bunu hərbi bloqer Tofiq Şahmuradov bildirib.

Məlumata görə, Ruşanov Famil Namaz oğlu Rusiya Silahlı Qüvvələrinin tərkibində Ukraynada itkin düşüb, 5 aya yaxındır yaxınları ondan xəbər ala bilmir. Marqarita pizza

Hərbi bloqer bildirib ki, o 25-ci ordunun tərkibində 37-ci alayın tərkibində döyüşlərdə iştirak edib.

Qeyd edək ki, Vətən müharibəsi iştirakçısı, Baş gizir Famil Ruşanov “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!