Vətən müharibəsinin iştirakçısı faciəvi şəkildə öldü -   FOTO

saytların hazırlanması

Evə çatdırılma

Vətən müharibəsinin iştirakçısı faciəvi şəkildə öldü - FOTO

Hadisə

18 Dekabr 2025 11:20 1782


Azərbaycan Ordusunun Vətən müharibəsinin iştirakçısı olan hərbçisi Zeyqəm İbrahimov faciəvi şəkildə vəfat edib. 

“Yeni Sabah” xəbər verir ki, onun ölmünə səbəb olan hadisə köhnə Ələt-Astara magistral yolunun Salyan rayonu ərazisindən keçən hissəsində baş verib.

Belə ki, Neftçala rayon Xıllı qəsəbə sakini, 1988-ci il təvəllüdlü Zeyqəm Kamil oğlu İbrahimovun idarə etdiyi “Priora” markalı minik avtomobili avtobusla toqquşub. Qəza nəticəsində sürücü hadisə yerində həyatını itirib. pizza sifarişi

Avtomobildə sıxılıb qalmış meyit Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, Zeyqəm İbrahimov hərbi qulluqçu olub və Vətən müharibəsində iştirak edib.

Allah rəhmət eləsin!


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!