Salyanda vətəndaşlara məxsus bank kartlarından pul oğurlayan şəxs saxlanılıb.
Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, araşdırmalarla onun rayon sakini Akif İbrahimov olduğu müəyyən edilib.
Dindirilmə zamanı o, törətdiyi cinayət əməlini etiraf edərək peşman olduğunu bildirib. Sezar pizza
İstintaq zamanı məlum olub ki, A.İbrahimov rayon ərazisində yerləşən bankomatların qarşısında dayanaraq əvvəlcə ondan kömək istəyən şəxslərin kart məlumatlarını əldə edib, daha sonra isə zərərçəkənlərə kartlarında pul olmadığı bildirib. Zərərçəkmişlər ordan uzaqlaşdıqdan sonra isə həmin kart məlumatlarını öz mobil telefonuna əlavə edərək, kartların balansında olan pul vəsaitlərini istifadəsində olan başqa bir karta köçürərək vətəndaşların pullarını ələ keçirib.
Faktla bağlı Salyan RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Telegram kanalımız