Vəzifəli şəxs məhkəmə binasında vəfat etdi

saytların hazırlanması

Evə çatdırılma

Vəzifəli şəxs məhkəmə binasında vəfat etdi

Hadisə

04 İyul 2023 18:59 1798


Kürdəmirdə bələdiyyə sədri məhkəmə binasında vəfat edib.

“Report” xəbər verir ki, hadisə şəhərin H.Əliyev prospektində qeydə alınıb.

Belə ki, rayonun Karrar kənd bələdiyyəsinin sədri Cəfərov Sahib rayon məhkəməsinin inzibati binasına daxil olarkən halı pisləşib və o yıxılaraq huşunu itirib. Ətrafdakı insanlar onu xəstəxanaya çatdırmaq istəsələr də, Cəfərov Sahib ürəktutmasından dünyasını dəyişib. pizza mizza

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb.

Qeyd edək ki, Sahib Cəfərov bir müddət əvvəl ürəyindən əməliyyat olunub.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!