Videosu yayılan polkovnik haqda YENİ XƏBƏR

saytların hazırlanması

Evə çatdırılma

Videosu yayılan polkovnik haqda YENİ XƏBƏR

Sosial

03 May 2025 10:20 7766


Xidməti otağında çəkdiyi intim videolarla gündəmə gələn polkovnik Zaur Mirzəyev vaxtından əvvəl azadlığa buraxılması üçün məhkəməyə müraciət edib.

“Yeni Sabah” "Qafqazinfo”ya istinadən xəbər verir ki, məşhur polkovnik 3 il 3 ay həbs müddətinin yarıdan çoxunu çəkdiyindən cəzasının qalan 8 ayının şərti hesab olunmasını xahiş edib.

Bu məqsədlə o, Xəzər Rayon Məhkəməsinə müraciət edib. Sezar pizza

Lakin məhkəmə qərarını elan etmədən Mirzəyev ərizəsini geri götürüb. Onun ərizəyə dəyişiklik etmək və ya cəza növünün dəyişdirilməsi üçün digər şərtləri ödəmədiyi səbəbindən bu addımı atdığı ehtimal olunur.

Qeyd edək ki, Zaur Mirzəyev Ali Məhkəmənin yekun qərarı ilə 3 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Həmin iş üzrə videolarda yer alan qadınlardan birinə 4 min manat təzminat ödənilməsi barədə qərar isə qüvvədə saxlanılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!