Vilayəti İran-Azərbaycan təlimlərinə münasibət bildirdi

saytların hazırlanması

Evə çatdırılma

Vilayəti İran-Azərbaycan təlimlərinə münasibət bildirdi

Dünya

26 Noyabr 2024 16:03 602


İranla Azərbaycan arasında təlimlər qarşılıqlı etimadın yüksək olduğunu nümayiş etdirir.

Yenisabah.az “nournews.ir”a istinadla xəbər verir ki, bunu İranın Ali rəhbəri Ayətullah Xamnəinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti bildirib.

O deyib: "İran və Azərbaycanın birgə hərbi təlimi Ali rəhbərin (Ayətullah Xamnəi - red.) Cənubi Qafqaza münasibətdə ağıllı siyasətlərinin nəticəsi kimi mühüm hadisədir və İslam Respublikası ilə Azərbaycan Respublikası arasında qardaşlıq münasibətlərinin və mehriban qonşuluğun getdikcə möhkəmlənməsini göstərir". Marqarita pizza

Müşavir deyib ki, ABŞ başda olmaqla Qərb və NATO-nun Azərbaycan, Xəzər dənizi, Mərkəzi Asiya vasitəsilə şərqdən qərbə daşımalar etdiyi üçün İran Zəngəzur yolunun açılmasına qarşıdır.

Xatırladaq ki, noyabrın 24-də İslam Respublikasının Ərdəbil vilayətinin Aslandüz yaşayış məntəqəsi yaxınlığında Azərbaycan Ordusu Quru Qoşunlarının və İran İslam İnqilabı Keşikçiləri Qvardiyasının (Sepah) Quru Qoşunlarının xüsusi təyinatlıları ilə "Araz - 2024" birgə taktiki təlimi keçirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!