“Ölkənin ən iri onlayn platforması olan “Virtual Məktəb”in istifadəçi sayı 1 milyonu ötüb”.
Yenisabah.az xəbər verir ki, bu sözləri Təhsil nazirinin müşaviri Elnur Məmmədov deyib.
Elnur Məmmədov qeyd edib ki, Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Virtual Məktəb”in 1,000,000-cu istifadəçisi Kəlbəcər rayon 56 saylı tam orta məktəbin 2-ci sinif şagirdi Quluzadə Hikmətdir. Dominos pizza
“Bugünə kimi portalda 1,5 milyon dəfə dərs keçirilib, virtual siniflərdə 1,3 milyon dərs materialı paylaşılıb və şagirdlərə 100 mindən çox tapşırıq verilib. Bu hadisənin 01 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə təsadüf etməyi də bir rəmzi məna daşıyır”- deyə, nazirin müşaviri qeyd edib.
Telegram kanalımız