“Virus diqqətsizlik edənləri bağışlamır”   – ÜST rəsmisi

saytların hazırlanması

Evə çatdırılma

“Virus diqqətsizlik edənləri bağışlamır” – ÜST rəsmisi

Sağlamlıq

30 Aprel 2020 18:10 768


Ümumdünya Səhiyyə Təşkilatı koronavirusla mübarizə çərçivəsində tətbiq edilən qadağaları yumşaldan ölkələrə xəbərdarlıq edib. 

Yenisabah.az xəbər verir ki, ÜST həftəlik mətbuat konfransı keçirərək pandemiya ilə bağlı mövcud məlumatları paylaşıb. Konfransda ÜST-nin Avropa Region direktoru Hans Henri Kluc açıqlama verib. 

Açıqlamaya görə, Avropada 44 ölkədən 22-nin qadağa və məhdudiyyətləri yumşaldılıb. 11 ölkə isə yaxın zamanda qadağaları qaldırmağı planlaşdırır. Ölkələrin qadağaları aradan qaldırarkən diqqətli olmalarını tələb edən Kluc, virusun bağışlamayacağını deyib: "Çevik və səbrli olmalıyıq və hər daim yeni tədbirlərə hazır olmalıyıq. Avropa epidemiyanın mərkəzindədir. Bu gün ümumilikdə virusa yoluxanların 46 faizi, ölənlərin isə 63 faizi Avropa mərkəzlidir. Avropa daxilində əvvəlki vəziyyətə nisbətən yavaşlama olsa da, bölgədəki vəziyyət hələ də qarışıqdır. Hər ölkənin normala qayıtması üçün öz yolu var".  Toyuqlu pizza

Bildirək ki, ÜST mətbuat konfransında son zamanlar uşaqlarda görülən "Kawasaki" xəstəliyi və koronavirusla bağlı araşdırmaların davam etdiyini diqqətə çatdırıb. Təcili Yardım koordinatoru Dorit Nitzan COVİD-19-la bu virus arasında əlaqə qurmağa çalışdıqlarını deyib. 

Sayad Həsənli

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!