Ümumdünya Səhiyyə Təşkilatının sözçüsü Marqaret Harris tərəfindən onlayn mətbuat konfransı keçirilib.
Yenisabah.az xəbər verir ki, konfransda koronavirusla bağlı detallar açıqlanıb. ÜST tərəfindən COVİD-19-un çox aldadıcı virus olduğu diqqətə çatdırılıb. Məhz bu səbəblə vaksin hazırlamağın olduqca çətin olduğu da vurğulanıb: "Məsələ ilə bağlı daha çox araşdırma aparmaq lazımdır. Potensial olaraq müsbət məlumatlar gəlir, lakin 100 faiz əmin olmağımız üçün daha çox məlumat əldə etməliyik".
Harris son zamanlar Braziliya və ABŞ-da virus daşıyıcılarının sayındakı artım məsələsinə də toxunub: "Bu ölkələrdə virus meydana gəldiyi ilk gündən bəri edilən xəbərdarlıqların nəzərə alınmadığını gördük". Dördpendirli pizza
Marqaret Harris Asiya, Avropa və Amerika qitələrində həyatı iflic edən pandemiyanın Afrikaya da zərər verməyə başladığını diqqətə çatdırıb: "Afrikada da virusa yoluxanların sayı artır".
Sayad Həsənli
Telegram kanalımız