Virusa yoluxan jurnalist bacı-qardaşdan xəbər var

saytların hazırlanması

Evə çatdırılma

Virusa yoluxan jurnalist bacı-qardaşdan xəbər var

Sağlamlıq

24 İyun 2020 11:26 853


“Cumhuriyyət” qəzetinin əməkdaşı Müşfiq Abdulla və  “Palitra” qəzetinin əməkdaşı, prezident tərəfindən “Tərəqqi” medalı ilə təltif olunmuş Nigar Abdullayevanın  koronavirus testləri bir neçə gün əvvəl pozitiv çıxıb. 

Bu səbəblə onlar ötən gün TƏBİB-ə müraciət ediblər və nəticədə onlara xəstəxanaya yerləşdiriləcəkləri bildirilib. Lakin gələn təcili tibbi yardım hər iki jurnalisti  Atletlər kəndinə apararaq orada karantinə yerləşdirib. Bundan sonra isə onlara heç bir tibbi xidmət göstərilməyib. 

Məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən Müşfiq Abdulla bildirib ki, Mətbuat Şurasının Sədri Əflatun Amaşov və “Cümhuriyət” qəzetinin baş redaktoru Rəfail Becanovun səyləri nəticəsində TƏBİB rəsmisi bu gün onlarla əlaqə saxlayıb: Toyuqlu pizza

“Əflatun Amaşov mənə zəng etdi, məsələnin onların da diqqətində olduğunu bildirdi. Əflatun Amaşov və Baş redaktorumuz Rəfail Becanov TƏBİB-lə də əlaqə saxlayıblar, bundan sonra TƏBİB-in şöbə müdiri mənə zəng elədi və bildirdi ki, nə lazımdırsa, köməklik ediləcək, tibbi xidmət göstəriləcək. Amma konkret bir söz deyə bilmərəm, bunun nə qədər real olacağını gələcək göstərəcək. Hələlik həkimlər gəldilər, şikayətlərimizlə maraqlandılar, narahatlıqlarımızı öyrəndilər. Xəstəxanaya nə vaxt yerləşdiriləcəyimiz isə bilinmir. Məsələ TƏBİB-də müzakirə olunur. Bizdə olan məlumata görə, müalicəmiz burada da davam edə bilər, xəstəxanaya da yerləşdirə bilərlər.  Mən hər iki şəxsə də təşəkkür edirəm ki, bizi bu çətin durumdan çıxartdılar”.

Sayad HƏSƏNLİ

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!