“…Virusa yoluxub yarıcan olmağı, ölməyi üstün tuturlar”   - Psixoloq

saytların hazırlanması

Evə çatdırılma

“…Virusa yoluxub yarıcan olmağı, ölməyi üstün tuturlar” - Psixoloq

Sosial

19 İyun 2020 16:33 1052


Nazirlər Kabineti yanında Operativ Qərargahın nümayəndəsi Leyla Abdullayeva dünən keçirilən brifinqdə Azərbaycanın şəhər və rayonlarında sərt karantin rejiminin tətbiq olunacağını deyib. Ciddi karantin rejimi 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək olan dövrü əhatə edəcək. Bu müddət ərzində evdən çıxmaq SMS icazəsi ilə mümkün olacaq. 

Psixoloq Vüsalə Rüstəm Yenisabah.az-a açıqlamasında məsələyə münasibət bildirərək qeyd edib ki, inkişaf etmiş Avropa ölkələrinin təhlükəni anlayıb qavraması ilə bizim vətəndaşların qavrayıb nəticə çıxarması eyni deyil: “Karantin rejimi butün dünyada yumşaldıldı və Azərbaycan da bu təcrübədən istifadə etdi. Çox az sayda insan qaydalara əməl etməyə başladı. Operativ Qərargah dəfələrlə xəbərdarlıq etdi ki, virus təhlükəsi tam keçməyib qaydalara əməl etmək lazımdır. Ən acınacaqlı vəziyyət isə odur ki, insanlar heç kimə qulaq asmaq istəmir. Qaydalar onların həyatını bir az çərçivəyə sallır deyə, virusa yoluxub yarıcan olmağı, ölməyi üstün tuturlar”. 

Vüsalə Rüstəm təəssüflə qeyd edib ki, əhali arasında məsuliyyət hissi çox aşağıdır. Verilən tövsiyələri, edilən çağırışları qulaqardına vuran insanların sayı günbəgün artır: Dominos pizza

“Ölkə prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dəfələrlə insanlarımızı məsuliyyətli olmağa çağırıblar. Rəsmilər minlərlə insana eyni anda tibbi xidmət göstərməyin mümkün olmadığını deyiblər. Belə olan halda karantin rejimini yenidən sərtləşdirmək zərurəti meydana gəldi. Vətəndaşlarımızın sağlamlığı daha vacibdir. Əks halda miqyassız faciələrlə qarşılaşmağımız qaçılmazdır.Virus sürətlə yayılır və mutasiya olunur. Yeganə yol izolyasya olunmaqdır. Özünütəcridlə xəstəliyə yoluxanların sayını yarıya endirmək olar və hətta vətəndaşlarımız tam qaydalara əməl edərsə, bu bəladan tam qurtulmaq da mümkündür”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!