Vladimir Putindən Nikol Paşinyana rədd cavabı

saytların hazırlanması

Evə çatdırılma

Vladimir Putindən Nikol Paşinyana rədd cavabı

Dünya

19 Sentyabr 2019 12:33 1137


Rusiya Prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanın ikitərəfli görüş təklifini rədd edib.

“Yeni Sabah” xəbər verir ki, bunu Ermənistanın “168 jam” saytı yazıb.

“Putin ikitərəfli görüş təklifini rədd etdi” başlıqlı yazıda bildirilib ki, oktyabrın 2-də  Avrasiya İqtisadi İttifaqının toplantısında iştirak etmək üçün Yerevana səfər edəcək V.Putin orada bir-iki saat qalacaq, tədbirdə iştirak edib, ölkəsinə qayıdacaq.  Dominos pizza

O da qeyd olunun ki, Rusiya Prezidenti hətta rəsmi şam yeməyinə belə qatılmayacaq: “Ermənistan tərəfi ikitərəfli görüş üçün xahiş etsə də, Rusiya tərəfi baş nazir Nikol Paşinyanla görüşdən hələ ki imtina edib”, - deyə yazıda bildirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!