Voleybol çempionatlarında növbəti dövrələrin start vaxtı bəlli oldu

saytların hazırlanması

Evə çatdırılma

Voleybol çempionatlarında növbəti dövrələrin start vaxtı bəlli oldu

İdman

16 Fevral 2022 11:55 711


Voleybol çempionatlarında növbəti dövrələrin start vaxtı bəlli olub.

Gənclər və İdman Nazirliyindən Yenisabah.az-a verilən məlumata görə, fevralın 17-də kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında II dövrənin ilk turu saat 15:00-da “Neftçi” - “Murov” görüşü ilə başlayacaq. Ardınca saat 17:00-da MOİK və “Sərhədçi” oyunu keçiriləcək. Hər iki görüş “Sərhədçi” İdman Olimpiya Mərkəzində baş tutacaq.

Fevralın 18-də isə qadın voleybolçular arasında Azərbaycan Super Liqasında III dövrə oyunlarına start veriləcək. Azərbaycan Voleybol Federasiyasının idman zalında təşkil olunacaq VII turun ilk matçı saat 16:00-da “Azərreyl” və “Murov” komandaları arasında baş tutacaq. Bu qarşılaşmadan 2 saat sonra “Abşeron” - UNEC duelinə start veriləcək. pizza hut

Xatırladaq ki, kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında I dövrənin nəticələrinə əsəsən ilk 3 pillədə müvafiq olaraq “Murov”, “Neftçi” və MOİK komandaları qərarlaşıblar. Hərəyə 9 xal toplayan klubların set fərqi də bərabərdir. Ardıcıllıq məhz top fərqinə görə sıralanıb. Dördüncü pilləni 3 xalla “Ekspress” , sonuncu yeri isə “Sərhədçi” komandası tutur.

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında isə II dövrədən sonra xal itirməyən “Abşeron” 18 xalla turnir cədvəlinə başçılıq edir. 8 xala malik “Azərreyl” ikinci, ondan 2 xal geri qalan “Murov” üçüncü yerdə qərarlaşıb. Sonuncu olan UNEC-in hesabında isə 4 xal var.

Qeyd edək ki, pandemiya səbəbindən karantin qaydalarına uyğun keçirilən oyunlara azarkeşlər buraxılmayacaq.

Mehri QURBAN


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!