Vüqar Biləcərinin sevgilisi sirləri açdı   - Video

saytların hazırlanması

Evə çatdırılma

Vüqar Biləcərinin sevgilisi sirləri açdı - Video

Şou

26 Noyabr 2021 15:10 5396


Mərhum meyxanaçı Vüqar Biləcərinin sevgilisi Samirə Zeynallı meyxanaçı ilə evlənməməyinin səbəbini açıqlayıb.

Yenisabah.az xəbər verir ki, o, ARB telekanalında yayımlanan "Elgizlə izlə" proqramının qonağı olub.

Samirə 12 illik sevgilisi ilə niyə evlənmədiyini açıqlayıb: pizza sifarişi

"Mən elə insan deyiləm. O cür oğlanı necə yanımda saxlaya bilərdim? Əgər mən sevdiyimə sahib çıxmışamsa, afərin mənə... Gəlin görək, o sözləri kimlər deyir? Onlar arxadadırlar. Mənim yerimdə olmaq istəyənlər deyirlər bu sözləri. Vüqarla bizim kəbinimiz olub. Deyirlər onun ailəsi məni qəbul etməyib. Gəlin gedək soruşaq, görək qəbul ediblər məni yoxsa yox? Mən ailəli olub ayrılmışdım. O isə subay oğlan idi. Bir daha eyni şeyləri yaşamaq istəmirdim. Onunla evlənməyi mən istəmədim!".

Qeyd edək ki, Vüqar Biləcəri ötən ilin avqustun 29-da vəfat edib.

 Həmin görüntüləri təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!