Tanınmış, nəğməkar şair Vüqar Əhməd saxlanılıb.
"Yeni Sabah" Manset.az-a istinadən xəbər verir ki, o, səhər saatlarında işə gedərkən saxlanılıb.
Vüqar Əhmədin niyə və hansı qurum tərəfindən saxlanıldığı məlum deyil. Onun şəxsi telefonlarına isə səhər saatlarından zəng çatmır. Marqarita pizza
V.Əhmədin saxlanılması ilə bağlı xəbəri çalışdığı AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi Aygün Bağırova təsdiq edib.
"Vüqar müəllim səhər saatlarında işə gələrkən saxlanılıb. Hansı qurum tərəfindən saxlanıldığı barədə məlumatımız yoxdur. Belə məlumat var ki, bu saatlarda buraxılacaq".
Vüqar Əhmədin saxlanılma xəbəri ilə bağlı qızı xanəndə Almaxanım Əhmədli açıqlama verib.
O, Sitat.info-ya atasının saxlanılması xəbərinin yalan olduğunu bildirib: "Yayılan məlumat yalandır. Atam saxlanılmayıb. Bu xəbəri kimin yaydığını bilmirik. Bu barədə mətbuata özü ətraflı məlumat verəcək".
Telegram kanalımız