“Vüqar Həşimov Memorialı-2022” VIII beynəlxalq şahmat turnirinin afişası ABŞ-nin məşhur “Times” meydanında nümayiş olunub.
Turnirin mətbuat xidmətindən verilən məlumata görə, Nyu-York sakinləri yarış barədə məlumatı meydanda quraşdırılmış monitorlar vasitəsilə izləyiblər.
“Vüqar Həşimov Memorialı-2022”də yeddi ölkə - Azərbaycan, ABŞ, Çin, Hindistan, Özbəkistan, Rumıniya və İspaniyadan 10 şahmatçı iştirak edəcək. Sezar pizza
Memorial rapid və blits üzrə təşkil olunacaq. Yarış Vüqar Həşimov Şahmat Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin və Azərbaycan Şahmat Federasiyasının dəstəyi, SOCAR-ın sponsorluğu ilə 17-24 dekabrda “Fairmont Baku” hotelində baş tutacaq.
Telegram kanalımız