Özbəkistanın paytaxtı Daşkənddə Türk Dövlətləri Qiymətləndiricilərinin IV Konqresi keçirilib. Tədbirdə Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasına (CAATS) üzv olan 7 ölkənin qiymətləndirmə təşkilatlarının rəhbərləri, o cümlədən CAATS prezidenti və Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc və nümayəndə heyəti iştirak edib.
Yenisabah.az xəbər verir ki, konqresdə qiymətləndirmə sektorunda mövcud problemlər və gələcək əməkdaşlıq imkanları müzakirə edilib. Çıxışlar zamanı mineralların və təbii yataqların qiymətləndirilməsi, otellərin dəyərləndirilməsi kimi mövzulara dair təqdimatlar keçirilib. Tədbiri Özbəkistan Qiymətləndiricilər Cəmiyyətinin sədri Nargiza Mirzarahimova açıb, daha sonra CAATS prezidenti Vüqar Oruc çıxış edərək təşkilatın fəaliyyəti və gələcək hədəfləri barədə məlumat verib. O, CAATS-ın Azərbaycanda qeydiyyata alınması, vahid sertifikatlaşdırma və qiymətləndirmə standartlarının yaradılması istiqamətində addımların atıldığını bildirib.
Konqresdə AQC sədrinin müavini İbrahim Quliyev də çıxış edərək Azərbaycanda qiymətləndirmə sektorunun inkişafı və AQC-nin bu sahədə təşəbbüslərindən danışıb. Daha sonra Özbəkistan Qiymətləndiricilər Cəmiyyətinin sədri Nargiza Mirzarahimova CAATS-ın inkişafında müstəsna xidmətlərinə görə Vüqar Orucu mükafatla təltif edib. pizza
Qeyd edək ki, bundan əvvəl Türk Dövlətləri Qiymətləndiricilərinin konqresləri Qazaxıstan, Türkiyə və Azərbaycanda keçirilib. Tədbirin sonunda iştirakçılar üçün “Qala gecəsi” təşkil olunub.
Telegram kanalımız