Vüqar Səfərli müalicə müəssisəsində: “Pullu adamlar ora istirahətə gedir“

saytların hazırlanması

Evə çatdırılma

Vüqar Səfərli müalicə müəssisəsində: “Pullu adamlar ora istirahətə gedir“

Kriminal

31 Mart 2022 13:36 785


Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) həbsdə olan sabiq icraçı direktoru Vüqar Səfərlinin səhhətində problemlər yaranıb.

Bu barədə onun vəkili Hikmət Əliyev deyib.

O bildirib ki, müvəkkili Ədliyyə Nazirliyi Penitensiar Xidmətin müalicə müəssəsinə köçürülüb. pizza sifarişi

V.Səfərlinin səhhətində konkret hansı problemin olduğu açıqlanmayıb.

Bu isə cəmiyyətdə birmənalı qarşılanmayıb. Vüqar Səfərlini yaxından tanıyan insanlar onun uzun illər ərzində hər hansı bir xəstəlikdən əziyyət çəkmədiyini, müalicə müəssisəsinə şəxsi münasibətlər zəminində köçürüldüyünü deyirlər.

Bir neçə il məhbəs həyatı yaşamış tanınmış jurnalist Əvəz Zeynallı Yenisabah.az-a açıqlamasında bundan xəbərsiz olduğunu deyib:

“İndi sizdən eşitdim. Çox pis oldum. Əgər səhhətində problem varsa, təcili müalicə müəssisəsinə köçürülməlidir. Allah şəfa versin. Hər kəsə azadlıq arzulayıram.

Ümumiyyətlə, müalicə müəssisəsinə köçürülən dustaqlar iki cür olur. İstirahətə gələnlər və həqiqi xəstə olanlar. İstirahətə gələnlər də pullu adamlar olur. Gerçəkdən xəstələnənlərlə yanaşı istirahətə gələnlərə də şəfa diləyirəm. Hər halda hər ikisi də məhbəs həyatı yaşayır”.

Ə.Zeynallı Vüqar Səfərlini azadlıqda görmək istədiyini qeyd edib:

“Mən çox istərdim ki, Vüqar Səfərli azadlıqda olsun. Kimsənin həbsdə olmasını istəməyən bir insanam.

İnsan azadlıqda sağlam ola bilər. Amma uzun müddət həbsdə olduğuna görə, anidən xəstələnə bilər. Xəstədirsə, Allah şəfasını versin. Dərhal müalicə olunub, sağlamlığına qovuşsun. Əgər istirahətə gəlibsə, yenə də pis nəsə deyə bilmərəm. Həbsdə olana nə demək olar. Allah qapısını açsın”.

Nəzrin Vahid


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!