Vurulan Ukrayna təyyarəsində 4 azərbaycanlı olub - İrana   ETİRAZ

saytların hazırlanması

Evə çatdırılma

Vurulan Ukrayna təyyarəsində 4 azərbaycanlı olub - İrana ETİRAZ

Rəsmi

13 Yanvar 2020 19:36 1421


Ötən günlərdə Tehranda İran ordusu (SEPAH) tərəfindən raketlə vurulan Ukraynaya məxsus “Boinq 737” tipli sərnişin təyyarəsində həlak olanlardan 4-ü Güney Azərbaycanın Xoy şəhərindəndir.

"Yeni Sabah" xəbər verir ki, Xoy şəhərindən olan sakinlər sosial şəbəkələrdə çağırış mətni yayaraq, günahsız həmyerlilərinin təyyarədə həlak olması ilə bağlı etiraz aksiyası keçirəcəklərini bildiriblər.

Mətndə qeyd edilir: pizza mizza

“Sərnişin təyyarəsinin SEPAH tərəfindən vurulması nəticəsində dörd həmyerlimiz həlak olub. Bu məqsədlə Xoy şəhərinin mərkəzinə toplaşaraq dinc etiraz aksiyası keçirərək, bu faciədə məsuliyyət daşıyanların məhkəməyə çıxarılmasını tələb edəcəyik. Bundan əlavə təyyarə faciəsi qurbanlarının xatirisənə şamlar yandırılacaq”.

Əlavə edək ki, yanvarın 8-də Tehran-Kiyev reysini həyata keçirən Ukrayna hava yollarına məxsus sərnişin təyyarəsi İran ordusunun hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub. Nəticədə təyyarədə olan 9 nəfər heyət üzvü və əksəriyyəti İran və Kanada vətəndaşlarından ibarət 167 sərnişin həlak olub.  /Teleqraf.com


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!