“Vüsal 300” həbs olundu...

saytların hazırlanması

Evə çatdırılma

“Vüsal 300” həbs olundu...

Kriminal

13 Sentyabr 2025 13:04 4558


"Vüsal 300" kimi tanınan iş adamı Abbasov Vüsal Şirvan oğlu barəsində cinayət işi başlanılıb.

Yenisabah.az xəbər verir ki,  "Vüsal 300" bir neçə nəfərlə əlbir olaraq qanunsuz lizinq fəaliyyəti məşğul olmaqda ittiham olunur.

Belə ki, Vüsal Abbasov vətəndaşlara məxsus avtomobilləri və digər əmlakların girov saxlamaqla qanuna müvafiq olmayan faiz dərəcələri ilə lizinqə salmaqda təqsirləndirilir. Toyuqlu pizza

Faktla bağlı Xətai rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 308-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanılıb.

Sosial şəbəkələrdə yayılan görüntülərdə "Vüsal 300" məxsus ofislər, avtomobil qarajı üzərinə məhkəmə tərəfindən həbs qoyulub və Xətai rayon Prokurorluğu tərəfindən möhürlənib. 

Qeyd edək ki, "Vüsal 300" Bakıda ən bahalı maşınların "Arendator"u kimi tanınır. Bir çox tanınmış müğənnilərin avtomobilləri məhz ona məxsusdur. (Report)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!