Xaçmazda adı “Qırmızı kitab”a düşmüş quşu qanunsuz ovlayan şəxslər saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Xaçmazda adı “Qırmızı kitab”a düşmüş quşu qanunsuz ovlayan şəxslər saxlanıldı

Hadisə

21 Sentyabr 2021 18:41 759


Xaçmaz rayonunda ov edən iki nəfər saxlanılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov məlumat verib.

Onun sözlərinə görə, qurumun əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı brakonyerlərə məxsus 90-OS-913 dövlət nömrə nişanlı ‘VAZ-21014” markalı avtomobilə keçirilən baxış zamanı vəhşi təbiətdən tutulmuş diri vəziyyətdə qaragöz və adı “Qırmızı kitab”a düşən Qafqaz şahini aşkar edilib. Sezar pizza

“Araşdırma zamanı qanun pozucularının Bakı şəhəri sakinləri Orxan Qurbanov və Ayxan Həsənov olduğu müəyyən edilib. Faktla bağlı təqsirkar şəxslər barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb. Baytar nəzarətindən sonra quşlar təbiətə buraxılıb”, - B.Məhəmmədov bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!