Xaçmazda məktəb sahəsi 380 manata satılıb? - Açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Xaçmazda məktəb sahəsi 380 manata satılıb? - Açıqlama

Sosial

04 İyun 2020 09:50 938


Xaçmaz şəhərində 3 saylı orta məktəbin ərazisinin satıldığına dair yayılan iddialar əsassızdır.

Yenisabah.az-ın xəbərinə görə, bu barədə Təhsil Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib.

Sorğunun cavabında Xaçmaz şəhər 3 saylı tam orta məktəbin ərazisinin satılması ilə bağlı yayılan məlumatların həqiqəti əks etdirmədiyi, həmin ərazinin Xaçmaz Şəhər Bələdiyyəsinin balansına aid torpaq sahəsi olduğu qeyd edilib. Toyuqlu pizza

Xatırladaq ki, bir müddət əvvəl mediada Xaçmaz şəhər İ.Qayıbov adına 3 saylı tam orta məktəbin həyətinin bələdiyyə tərəfindən 380 manata Məstəliyev Samir Abbasqulu oğluna satıldığına dair məlumatlar yayılıb.

Ərazini satın alan S.Məstəliyevin isə Xaçmazın Təhsil Şöbəsinin müdiri Mədinə Nurməmmədovanın oğlu olduğu qeyd edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!