Xaçmaz rayonunda avtomobil at sürən kişini vuraraq öldürüb.
Yenisabah.az xəbər verir ki, hadisə Xudat-Nabran avtomobil yolunun rayonun Muxtadır kəndi ərazisində keçən hissəsində baş verib.
"Nissan" markalı minik avtomobili hərəkətdə olarkən at sürən, 1985-ci il təvəllüdlü Bayramov Bəhruz Rəsul oğlunu vurub. Nəticədə yaralı hadisə yerində dünyasını dəyişib. pizza
Faktla bağlı araşdırma aparılır.
Telegram kanalımız