Xaçmaz rayonunda fəhlələri daşıyan avtomobil qəzaya düşüb.
Yenisabah.az Report-a istinadla xəbər verir ki, hadisə Xaçmaz-Quba yolunda "Ford” markalı mikroavtobusla KIA markalı minik avtomobili toqquşub.
Nəticədə 1964-cü il təvəllüdlü Gülnarə Xanəliyeva, 2016-cı il təvəllüdlü Şəlalə Tağıyeva, 1974-cü il təvəllüdlü Vəsilə İmamova və 2001-ci il təvəllüdlü Rizvan Qurban oğlu Talıbov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Toyuqlu pizza
Onların rayonda yerləşən bağlardan birinə fəhlə kimi işləməyə getdikləri bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Telegram kanalımız