Xalasının evindən oğurluq edən şəxs tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Xalasının evindən oğurluq edən şəxs tutuldu

Kriminal

18 May 2022 10:58 1046


Xaçmaz Rayon Polis Şöbəsinə (RPŞ) daxil olan müraciətlərlə əlaqədar polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisələrini törətməkdə şübhəli bilinən rayonun Nərəcan kənd sakini Tofiq Həsənov saxlanılıb. 

Bu barədə "Yeni Sabah"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Bildirilib ki, araşdırmalar zamanı həmin şəxsin ayrı-ayrı vaxtlarda rayon ərazisində olan evlərə girərək oradan pul, kondisioner, televizor, su qızdırıcısı, elektrik naqilləri, generator, peyk rəqəmsal aparatı və s. bu kimi müxtəlif növ əşyalar oğurladığı müəyyən edilib. Pepperoni pizza

Bundan başqa, o, təkrar özgə əmlakını gizli olaraq talama məqsədi ilə xalasına məxsus evə daxil olaraq oradan ümumilikdə 5800 manat dəyərində qızıl-zinət əşyaları və pul oğurlayıb.

Faktla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!