Xalid Məşəl HƏMAS-ın yeni lideri oldu

saytların hazırlanması

Evə çatdırılma

Xalid Məşəl HƏMAS-ın yeni lideri oldu

Dünya

18 Oktyabr 2024 09:48 707


Yəhya Sinvarın ölümündən sonra HƏMAS rəhbərinin səlahiyyətlərini Xalid Məşəl icra edir.

Yenisabah.az LBCI telekanalına istinadla xəbər verir ki, görə, Məşəl hazırda danışıqlarda iştirak edən əsas tərəflərlə bütün ünsiyyətlərə və məhbuslarla problemlərin həllinə cavabdehdir.

Mənbələr təsdiqləyiblər ki, HƏMAS rəhbərliyi Türkiyə, Qətər və Misir rəsmilərinə onun siyasi bürosunun rəhbəri Yəhya Sinvarın Təl əl-Sultandakı əməliyyat zamanı həlak olması barədə məlumat verib. pizza

HƏMAS həm də Sinvarın öldürülməsindən sonra əsirlərin mübadiləsi və Qəzza zolağında müharibənin dayandırılması ilə bağlı danışıqların getdikcə çətinləşəcəyini bildirib.

Bundan əvvəl İsrail Qəzza zolağına zərbələr endirərkən HƏMAS-ın Siyasi Bürosunun rəhbəri Yəhya Sinvarın öldürüldüyünü təsdiqləyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!