“Flora Kərimova rəsmi qurum deyil ki, onun sözünə istinadən nəsə yazılsın".
Bunu Yenisabah.az-a jurnalist Ülviyyə Muradova (Ülviyyə Alovlu) bildirib.
Qeyd edək ki, müğənni Flora Kərimovanın Ülviyyə Alovlu ilə məhkəmə çəkişməsi var. Xalq artisti xüsusi ittiham qaydasında şikayəti ərizəsi verib və məhkəmə iclası baş tutub. Dominos pizza
İddialara görə, Ülviyə Alovlunun məhkəməyə məcburi gətirilməsi və icranın Yasamal Rayon Polis İdarəsinə təkrarən tapşırılması barədə qərar çıxarılıb.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan Ü.Alovlu bu iddianın tamamilə yanlış olduğunu bildirib:
“Flora Kərimova rəsmi qurum deyil ki, onun sözünə istinadən nəsə yazılsın. Bu adam başdan-ayağa yalan, iftiradır. O həmin adamdır ki, hələ bir il öncə efirdə deyirdi ki, “Ülviyyə Alovlunu udmuşam”. Udmusansa, məhkəmə niyə hələ də davam edir?! İndi də çıxıb deyir ki, “Ülviyyə Alovluya məcburən məhkəməyə gətirilməsi barədə qərarı verilib”. Nə ilə bağlı? Mən cinayət işləmişəm, yoxsa adam öldürmüşəm? Bu necə ola bilər?
Mən telefonla hakimin nömrəsini yığıram, deyir ki, mediada çıxan xəbərlərə görə biz cavabdeh deyilik. Real bir şey olsaydı deyərdi ki, var”.
Ü. Alovlunun sözlərinə görə, məhkəmə iclası aprelin 20-də baş tutacaq:
“Həmin iclasla bağlı dəvəti isə dünən göndəriblər. Necə ola bilər ki, artıq bu gün mənim məcburi gətirilmə qərarım verilsin? Bu adam yalançıdır! Elə yalan danışa-danışa, hamıya söz ata-ata ömrü-günü məhkəmələrdə keçir. Əvvəl özü söz atır, sonra da başlayır insanları məhkəmələrə verməyə”.
Əsmətxanım RZAZADƏ
Telegram kanalımız