Oktyabrın 1-dən etibarən ümumi tutumunun 50 faizindən çox olmamaq şərtilə konfrans zallarının, kinoteatrların, teatrların fəaliyyətinə icazə verilib. Operativ Qərargahın bu qərarı tamaşaçılar qədər aktyorların da sevindirib.
Sevinnənlərdən biri, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktrisası, Xalq artisti Fatma Mahmudova Yenisabah.az-a açıqlamasında artıq məşqlərə başladıqlarını qeyd edib:
“Pandemiya şəraitinə uyğun şəkildə məşqlərimizə davam edirik, ara məsafəsi saxlayırıq, maska taxırıq. Biz aktyor və aktrisalar çox sevincliyik. Bütün sənət dostlarım, həmçinin mən səhnəyə qayıtmağımıza şadıq. Fikrimcə, teatrların açılmağı tamaşaçılarımıza da böyük hədiyyədir”. Dominos pizza
Sənətçi tetrın tezliklə tamaşaçıları yeni əsərlərlə sevindirəcəyini bildirib:
“Yeni tamaşalarımız olacaq, bəzi tamaşaların məşqini etmişdik, sadəcə pandemiyaya görə yarımçıq qaldı, səhnədə nümayiş etdirə bilmədik. Səid Rüstəmov musiqisi və Məmməd Səid Ordubadinin librettosu əsasında hazırlanan “Beş manatlıq gəlin” komediyasına hazırlaşmışdıq, amma pandemiyaya görə qalmışdı, yəqin ki, yaxın zamanda onun da məşqləri başlayacaq. Həmin tamaşanın quruluşunu rejissor Əsgər Əsgərov verib.
Hazırda bizim teatra Cavid İmamverdiyev baş rejissor təyin edilib. Həqiqətən, çox istedadlı rejissordur, təkcə mən yox, bütün kollektivimiz onun gəlişinə sevinir. Onunla birgə Rəşid Behbudovun baş rolda olduğu “Bəxtiyar” filminin səhnələşdirilmiş versiyasına hazırlayırıq. İnanıram ki, o tamaşa da uğurlu alınacaq. Teatrımızda bir çox yeni əsərlər oynanılacaq. Həm köhnə tamaşaları məşq edirik, həm də yenilər üzərində işləyirik.
2 ilə yaxındır səhnədən uzaq olsaq da, səhnədə qətiyyən yadlıq hiss etmirik. Aktyorluq elə peşədir ki, gərək hər an hər şeyə hazır olasan. 41-45 müharibəsini xatırlayaq, həmin vaxt da aktyorlar əziyyət çəkirdilər. Amma bədbin fikirləri qətiyyən özümə yaxın buraxmıram. Hər şeyə pozitiv yanaşır və əvvəlkindən də yaxşı oynayacağam”.
Əsmətxanım
Telegram kanalımız