“Həsrətimiz sona çatıb. Bu gün rahat şəkildə Qarabağa gedib-gəliriksə, mənim üçün ən böyük xoşbəxtlik budur”.
Yenisabah.az xəbər verir ki, bu sözləri Xalq artisti, tanınmış muğam ifaçısı Mənsum İbrahimov deyib.
60 yaşlı sənətkarın ən böyük arzusu Qarabağda keçiriləcək böyük tədbirlərdə iştirak etməkdir: pizza hut
“İnsanlar Qarabağa qayıdacaq, orada böyük festivallar keçiriləcək. Qarabağın şöhrətini özünə qaytaracağıq. Zəfər çalmış bir dövlət, millətik, Qarabağımız, bütün torpaqlarımız azaddır. Şəhidlərin ruhu qarşısında baş əyirik. Ali Baş Komandanımıza, ordumuza təşəkkür edirik ki, belə bir zəfəri bizə yaşadıblar”.
Yubilyar ad gününü keçirməyəcəyini deyir:
“Mənim evimdə matəm var. Bundan əlavə şəhidlərin il mərasimləri var. Ad günü keçirməyəcəyəm”./Qaynarinfo.az
Telegram kanalımız