Xalq artisti Flora Kərimova şəxsi həyatı ilə gündəmə gəlib.
Yenisabah.az Pravda-ya istinadla xəbər verir ki, "AStar" ayihəsinə qonaq olan sənətçi illər əvvəl ikinci əri Faiq Şəfiyevin vəfatından dərhal sonra ona elçi gəldiyini etiraf edib.
O, təklifi rədd etdiyini bildirib: "Faiq dünyasını dəyişəndə 40-ı çıxmamış mənə elçi düşdülər. Çox əsəbiləşdim. Dedim qorxurdunuz ki, gecikərsiniz? Onlar da dedilər: "Bəli qorxurduq ki, gecikərik". Evə gəlmişdilər. Dedim, çıxın, gedin!". pizza sifarişi
Qeyd edək ki, Flora Kərimova iki dəfə ailəli olub. Onun ilk həyat yoldaşı cərrah İbrahim Topçubaşov idi.
Telegram kanalımız