Xalq artisti Maqsud Məmmədov Prezidentə TƏŞƏKKÜR etdi

saytların hazırlanması

Evə çatdırılma

Xalq artisti Maqsud Məmmədov Prezidentə TƏŞƏKKÜR etdi

Mədəniyyət

06 Avqust 2021 20:49 2476


“Cənab Prezidentə Rəfiqə xanımı 90 illik yubileyi münasibətilə “Şöhrət” ordeni ilə təltif etdiyi üçün təşəkkürlərimizi bildiririk. Yubileyindən bir gün əvvəl belə bir xəbərin gəlməsi bizi çox sevindirdi”.

Yenisabah.az xəbər verir ki, bu fikirləri report-a açıqlamasında “Şərəf” ordeni ilə təltif olunan Xalq artisti Rəfiqə Axundovanın həyat yoldaşı Maqsud Məmmədov bildirib.

Onun sözlərinə görə, xəbəri eşidən yaxınları müxtəlif ölkələrdən zəng edib Xalq artistini təbrik ediblər. Pepperoni pizza

Qeyd edək ki, Rəfiqə Axundova 1931-ci il avqustun 7-də Bakıda anadan olub. Bakı Xoreoqrafiya Məktəbində təhsil alan xanım baletmeyster 20 il Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub. 1971-ci ildən həmin teatrın baletmeysteri, 1990-cı ildən isə baş baletmeysteridir.

Sabah Rəfiqə Axundovanın 90 yaşı tamam olur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!