Rusiyalı müğənni Filipp Kirkorov RT-nin baş redaktoru Marqarita Simonyanın "gey" adlandırdığı şoumen Maksim Qalkinin müdafiəsinə qalxıb.
Yenisabah.az xəbər verir ki, Xalq artisti videomüraciətində bildirib:
“Bir insanı və onun ailəsini ictimaiyyət qarşısında ləkələmək üçün şam tutmusan? İnsanları ictimaiyyət qarşısında alçaltmağa necə cəsarət edirsən? Kim sənə belə haqqı verib? Marqarita, sən ölkəmizin ruporunun baş redaktorusan. Sənin ixtilaf yaratmaq haqqın yoxdur. Sən jurnalistsən, bazarda çirkin söz-söhbətlər və dedi-qodular yayan ədəbsiz yaşlı qadın deyilsən”. pizza sifarişi
Sənətçinin izləyiciləri hər şeyin doğru olduğunu deyərək onu dəstəkləyiblər: "Filipp, eşq olsun! Sözlərinizi dəstəkləyirəm! Bravo!", “Afərin, güclü, gözəl və aydın!”.
Telegram kanalımız