Bir müddət əvvəl Qarabağdakı Rusiya sülhməramlıları növbəti dəfə 200-dən çox ermənini Xocavənd rayonunda yerləşən Amaras monastrına ziyarət zamanı müşayiət edib. Sülhməramlılar Azərbaycanın ərazi bütövlüyünə fərqli yanaşırlar. Onların bəzən ermənilərin lehinə olan hərəkətlər etdiyini müşahidə olunur.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan Xalq artisti Bilal Əliyev 44 günlük qələbədən sonra ermənilərin Azərbaycana olan kininin daha da artdığını bildirib:
“Ümumiyyətlə, bu ərəfələrdə çox diqqətli olmalıyıq. Ağılla hərəkət etməliyik. Ermənistan müharibədə uduzmuş bir ölkədir. Cəmi 44 gündə böyük qələbə qazandıq. Bu, Ali Baş Komandan İlham Əliyevin sayəsində dünyada misli-bərabəri olmayan qələbədir. Bu qələbəyə görə bütün erməni xalqı içdən od tutub yanır. Onlar müharibəni uduzduqlarına görə zəncir gəmirirlər. Buna görə də hər cür murdar işə əl ata bilərlər”. Dördpendirli pizza
Sənətçi Azərbaycan xalqının bundan sonra Prezidentin ətrafında sıx birləşməli olduğunu qeyd edib:
“Yalnız cənab Prezidentin ətrafında sıx birləşməliyik. O, çox ağıllı siyasətçidir. O, dünyanın hər yerində sübut edir ki, biz haqlıyıq və ədalətliyik. Allah onun qəlbinə xalqın məhəbbəti olduğu kimi, xalqın qəlbinə də İlham Əliyevin məhəbbətini salsın”.
Əsmətxanım
Telegram kanalımız