Xalq artistinin aktyor oğlunun səhhəti ağırlaşdı

saytların hazırlanması

Evə çatdırılma

Xalq artistinin aktyor oğlunun səhhəti ağırlaşdı

Hadisə

07 Oktyabr 2021 21:48 3185


Xalq artisti, mərhum aktyor Eldəniz Zeynalovun oğlu Məmməd Zeynalovun səhhəti ağırlaşıb.

Yenisabah.az xəbər verir ki, bu barədə aktyorun həyat yoldaşı İradə Zeynalova məlumat verib. Onun bildirdiyinə görə, aktyorun əli işləmir:

"Məmmədin əli işləmir. Əlini qəti hiss eləmir, həkimlərə gedirik, müayinə edirlər, amma səbəbini deyə bilmirlər. Biri müayinə edir, sonra digərinə yönəldir. Artıq neçə aydır ki, onun xəstəliyinin səbəbini deyən yoxdur. Xəstənin dərdini həkim deməlidir də. Demək olar ki, onu mən geyindirib gəzdirirəm”. pizza mizza

Qeyd edək ki, İrəvan Dövlət Teatrının aktyoru Məmməd Zeynalov bir neçə il bundan öncə insult keçirib. Bundan əlavə, aktyor həm də böyrək çatışmazlığından əziyyət çəkir./Qaynarinfo


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!