Xalq artistinin xərçəngdən əziyyət çəkən oğlu: “Müayinədən keçməyə pulum yoxdur“

saytların hazırlanması

Evə çatdırılma

Xalq artistinin xərçəngdən əziyyət çəkən oğlu: “Müayinədən keçməyə pulum yoxdur“

Mədəniyyət

22 İyul 2021 12:52 1939


Mərhum Xalq artisti Eldəniz Zeynalovun oğlu ağır xəstəliyə düçar olub.

Yenisabah.az xəbər verir ki, Məmməd Zeynalov böyrək çatışmazlığından və ağ ciyər xərçəngindən əziyyət çəkir. Məmməd bildirib ki, 6 ildir dializə gedir:

"İki böyrəyim də işləmir. Əgər bir böyrək köçürülsə, bəs edəcək. Yeni müyainələrdə isə ağ ciyər xərçəngi olduğum ortaya çıxdı. İndi bacım və həyat yoldaşım mənə baxır. Onlardan başqa heç kimim yoxdur. pizza hut

Xərçəngə görə müayinədən keçməliyəm. Həmin aparata düşmək isə min manatdır".

Məmməd maddi sıxıntı yaşadığını, yardıma ehtiyacı olduğunu bildirib. 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!