Xalq Bankdan kobud səhv: Azərbaycan bayrağını səhv təsvir etdi - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Xalq Bankdan kobud səhv: Azərbaycan bayrağını səhv təsvir etdi - FOTO

İqtisadiyyat

09 Noyabr 2025 13:46 9495


"Xalq Bank" ASC 9 Noyabr - Bayraq Günü münasibətilə sosial şəbəkə səhifələrində etdiyi paylaşımda kobud səhvə yol verib.

"Yeni Sabah" xəbər verir ki, bankın süni intellektlə hazırlanmış paylaşımında Azərbaycan bayrağı düzgün təsvir olunmayıb.

Dövlət bayrağının üzərində əks olunmuş ulduzun güşələrinin sayı azaldılaraq 7-yə endirilib, bu isə anlaşılmaz görüntü ortaya çıxarıb.  Pepperoni pizza

Dövlət bayrağının istifadəsi qaydaları haqqında qanunun 11-ci maddəsində dövlət bayrağı haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət nəzərdə tutulur. 

Bu Qanunun tələblərinə zidd istifadəsi, habelə Azərbaycan Respublikasının Dövlət bayrağı barədə təhqiredici hərəkətlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyətə səbəb olur.

Xatırladaq ki, "Xalq Bank" 2004-cü ildə yaradılıb. Bankın səhmlərinin 50 %-i "İdeal Business Co." MMC-yə ("Xalq Sığorta" ASC-nin 50 %-lik səhmdarı), 33,85 %-i "Euro Standard" MMC-yə ("Xalq Sığorta" ASC-nin 50 %-lik səhmdarı), 16,15 %-i isə "Foton" MMC-yə məxsusdur.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Bəhruz
    "xalqın bankı" xalqın bayrağını səhv göstərir.
    6 months ago
  • Deyəcəyəm
    Bu da xalq bank,bu da Azərbaycanın kommersiya subyekti...
    6 months ago
  • Ülviyyə
    Külək əsəndə bayrağı çəkiblər. Bir iki dəfə çəkmək və önbaxış etmək lazım idi.
    6 months ago