“Xalq Bank”ın bu xərcləri –  6 DƏFƏDƏN ÇOX ARTIB

saytların hazırlanması

Evə çatdırılma

“Xalq Bank”ın bu xərcləri –  6 DƏFƏDƏN ÇOX ARTIB

İqtisadiyyat

21 Avqust 2025 14:42 337


Bu ilin I yarısında Azərbaycandakı 22 bankdan 5-nin xüsusi ehtiyatlara ayırmaları 10 milyon manatdan çox olub.

Yenisabah.az xəbər verir ki, sözügedən banklar “Azərbaycan Beynəlxalq Bankı”, “Kapital Bank”, “Unibank”, “PAŞA Bank” və “Turan Bank”dır. Bu bankların xüsusi ehtiyatlara ayırmaları ümumilikdə 170 milyon manat olub.

Yarımili əhatə edən hesabat dövründə 11 bankın xüsusi ehtiyatlara ayırmaları 10 milyon manatdan az olub. 6 bank isə xüsusi ehtiyatlara ayırmalar üzrə qənaət edib. pizza mizza

Son 1 ildə 22 bankdan 8-nin xüsusi ehtiyatlara ayırmaları artıb, 4-nün isə xüsusi ehtiyatlara ayırmaları azalıb. Artımın ən yüksək həddi “Xalq Bank”da (6,4 dəfə çox), ən aşağı həddi “Rabitəbank”da (18,6%), azalmanın isə ən yüksək həddi “Zıraat Bank Azərbaycan”da (27,5%), ən aşağı həddi isə “Kapital Bank”da (8,5%) qeydə alınıb.

İl ərzində cəmi 1 bank  (“Yelo Bank”) xüsusi ehtiyatlara ayırmalar üzrə qənaətini 14,7% artırıb, 3 bank – İran Milli Bankının Bakı filialı, “Bank of Baku” və “Bank VTB Azərbaycan” isə xüsusi ehtiyatlara ayırmalar üzrə qənaətini müvafiq olaraq 41%, 79,6% və 83,3% azaldıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!