Xalq rəssamı Arif Qazıyev vəfat etdi

saytların hazırlanması

Evə çatdırılma

Xalq rəssamı Arif Qazıyev vəfat etdi

Mədəniyyət

03 Sentyabr 2021 22:59 2464


Xalq rəssamı, heykəltəraş Arif Qazıyev bu gün vəfat edib.

Yenisabah.az xəbər verir ki, bu barədə APA-ya rəssamın yaxınları məlumat verib.

Qeyd edək ki, Arif Qazıyev 1937-ci ildə yanvarın 2-də İrəvan şəhərində anadan olub. Pepperoni pizza

Müxtəlif janrlarda və mövzularda yaradılmış “Babək”, “Hüseyn Cavidin büstü” (H.Cavidin Naxçıvanda ev-muzeyi), ”Qırat bizi gözləyir”, ”Qafqaz qartalları”, ”Cəngi”, “Canlı gala”, “Dəhşət”, ”Soyuq”, ”İki bumeranq” və s. əsərlərin müəllifi olan 84 yaşlı incəsənət xadimi Arif Qazıyev 2018-ci ildə Azərbaycanın xalq rəssamı adına layiq görülüb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!