“Xalq ulduzu“nun məşhur iştirakçısı: “Bir uşaqla məni kim alar?“

saytların hazırlanması

Evə çatdırılma

“Xalq ulduzu“nun məşhur iştirakçısı: “Bir uşaqla məni kim alar?“

Şou

16 Fevral 2022 12:20 1256


"Xalq ulduzu" yarışmasının iştirakçısı olan müğnni Şəhla Həmidova hazırda gözəllik salonunda masaj ustası kimi çalışır.

Yenisabah.az xəbər verir ki, bu haqda "Günün sədası" proqramında süjet yayımlanıb. O bildirib ki, toylara getmir:

"Pul qazanacağım yer bir toydu. Ora da bu gün kimi aparırlar göz qabağındadır. Mən "üç badam, bir qoz" mahnıları oxuya bilmirəm, oxumayacam da. Salonda masaj edirəm, əlimdən gələn qədəri...". pizza mizza

Şəxsi həyatında problem yaşayan ifaçı "Şəxsi həyat da olmadı. İkinci dəfə ailə qurmaq təklifi olmayıb. İndi ailə quranlar arxalı yer axtarır: alacaqları qızın ana-atasının yaxşı işi olsun. Məni bir övladla kim alar? Tək uşağımı oxutdum, liseyi, sonra universiteti bitirdi. İndi çox vaxt o mənə dəstək olur" sözlərini əlavə edib.\Axşam.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!