Xamenei ölsə də, o sağ qaldı - Bu general hər dəfə xilas olur

saytların hazırlanması

Evə çatdırılma

Xamenei ölsə də, o sağ qaldı - Bu general hər dəfə xilas olur

Dünya

02 Mart 2026 11:34 3895


ABŞ və İsrailin birgə həyata keçirdiyi hava əməliyyatları nəticəsində İranın Ali Rəhbəri Əli Xamenei öldürüldükdən sonra hakimiyyətdaxili xəyanət ehtimalları gündəmə gəlib.

“Yeni Sabah” xəbər verir ki, əməliyyatdan bir neçə dəqiqə əvvəl Əli Xamenei ilə görüşdüyü və sonra onun yanından ayrıldığı iddia edilən İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds qüvvələrinin komandanı general İsmayıl Qaani xəyanət şübhələrinin mərkəzinə çevrilib.

ABŞ mətbuatına müsahbələrində, adları açıqlanmayan rəsmilər iddia edib ki, əməliyyatdan əvvəl İran daxilində “yüksək etibarlılığa malik” mənbələrdən məlumat alıblar. pizza

Əli Xameneinin iştirak etdiyi toplantının yeri və vaxtı müəyyənləşdikdən sonra, ilkin olaraq gecə planlaşdırılan əməliyyat səhər saatlarına çəkilib. Hücumun planlaşdırılmasında siqnal kəşfiyyatı (SIGINT), peyk müşahidəsi, ələ keçirilmiş yazışmalar və sahədəki insan mənbələri birlikdə istifadə olunub.

Əməliyyatdan sonra İran daxilində diqqət İsmayıl Qaaninin üzərinə yönəlib. İddialara görə, o, hücumdan dəqiqələr əvvəl Əli Xamenei ilə görüşüb və bombardmandan qısa müddət əvvəl oradan ayrılıb.

Bu vəziyyət əvvəllər baş verən hadisələri yenidən gündəmə gətirib.

İddialara görə, İsmayıl Qaani Suriyada İnqilab Keşikçiləri komandanlarının öldürüldüyü İsrail hücumundan qısa müddət əvvəl hədəf alınan binadan çıxmışdı. O, Livanda “Hizbullah” lideri Həsən Nəsrullahın öldürüldüyü bombardmandan əvvəl də həmin nöqtədən ayrılmışdı. İsmayıl Qaani 2025-ci ilin iyununda 12 günlük müharibə zamanı yüksək səviyyəli hərbi toplantının hədəf alındığı hücumdan əvvəl də binanı tərk etmişdi.

Lakin İran rəsmiləri hələ İsmayıl Qaani haqqında rəsmi ittiham irəli sürməyib. Yaxın Şərq Müşahidəsi (MEE) isə onun hücumlarda ölmüş ola biləcəyini də iddia edib.

Ekspertlər bildirirlər ki, belə yüksək səviyyəli hədəfin yeri yalnız bir mənbəyə əsaslanaraq müəyyən edilə bilməz. Peyk görüntüləri, elektron izləmə, sahə agentləri və texniki izləmə vasitələrinin birgə istifadəsi tələb olunur. Əməliyyatda müxtəlif kəşfiyyat metodlarının eyni anda tətbiqi həlledici olub.

Bu hadisələr İran daxilində təhlükəsizlik mexanizmləri və yüksək səviyyəli kadrlar barədə sualları artırıb.

Qeyd edək ki, İsmayıl Qaani 1957-ci ildə Məşhəddə anadan olub və uzun illər SEPAH-da xidmət edib. O, 2020-ci ildə Qeds qüvvələrinin komandanı general Qasim Süleymaninin öldürülməsindən sonra onun yerinə gətirilib. İ.Qaani regiondakı hərbi və strateji əməliyyatları idarə edir, həmçinin “Hizbullah”, HƏMAS və digər İran dəstəkli qruplarla əlaqələrdə məsuliyyət daşıyır. O, İranın xarici kəşfiyyat və hərbi əməliyyatlarında strateji önəmə malik yüksək səviyyəli komandan kimi tanınır.

İlhamə Qasımlı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!